“Zaldan qəsdən ləng çıxdım, baxmaq istəyirdim” –Tramp atəş açılan zaman nə deyib?

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonda Hilton otelindəki atışma zamanı nə baş verdiyini anlamaq istədiyi üçün təxliyəsini qəsdən təxirə salıb.

“Nə baş verdiyini görmək istəyirdim. Yəqin ki, onları bir az ləngitdim. Dedim ki, “Bir dəqiqə gözləyin, İmkan verin, baxım”- deyə Tramp CBS-ə verdiyi müsahibədə təhlükəsizlik xidmətinin niyə yavaş hərəkət etməsini soruşduqda izah edib.

Aparıcının sözlərinə görə, Məxfi Xidmət agentlərinin prezidenti yan-yana tutması 10 saniyə, daha sonra isə onu müşayiət etməsi daha 20 saniyə çəkib.

Tramp və həyat yoldaşı Melaniya 25 apreldə Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyindən atışmadan sonra təxliyə ediliblər. Amerika lideri daha sonra silahlı şəxsin tutulduğunu açıqlayıb. ABŞ prokuroru Pirro bildirib ki, atışmadan sonra həbs olunan şəxs 27 aprel bazar ertəsi günü məhkəmə qarşısına çıxacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.