İranın daxildə dərin parçalanmalar ABŞ-İran razılaşmasının qarşısında əsas maneədir.
Bu sözləri “Fox News”a müsahibəsində ABŞ Dövlət katibi Marko Rubio deyib. O bildirib ki, digər bir maneə ABŞ tərəfinin yalnız İran heyəti ilə danışıqlar aparmamasıdır.
“Daha sonra həmin iranlılar nəyə razı ola biləcəklərini, nə təklif edə biləcəklərini, nə etməyə hazır olduqlarını, hətta kimin razılaşmağa hazır olduqlarını müəyyən etmək üçün digər iranlılarla danışıqlar aparmalıdırlar”, – deyə Rubio əlavə edib.
“Düşünürəm ki, iranlılar düşdükləri vəziyyətdən çıxmaq məsələsində ciddidirlər”- “Fox News”a müsahibəsində ABŞ Dövlət katibi Marko Rubio İranın razılama əldə-edib etməməkdə ciddi olmasına dair suala cavabında deyib. O bildirib ki, bu münaqişə başlamazdan əvvəl İranın yaşadığı bütün problemlər hələ də mövcuddur və əksəriyyəti daha pisləşib.
“Düşünürəm ki, onlar özlərinə daha çox vaxt qazanmağın yollarını axtarırlar. Onların bundan yaxa qurtarmasına imkan verə bilmərik. Onlar çox yaxşı danışıq aparandırlar. Biz əldə edilən hər hansı bir razılaşmanın onların istənilən vaxt nüvə silahına doğru qaçmasının qarşısını qəti şəkildə alan bir razılaşma olmasını təmin etməliyik”, – deyə Rubio əlavə edib.