“Həkim qumbara atanı zərərsizləşdirmək istəyib, sağdır” –Qohumu açıqlama verdi

Screenshot
Milli Onkologiya Mrkəzində partlayışda yaralanan həkim-onkoloq Asif Nəsirov dünyasını dəyişməyib. Hazırda həmkarları onun həyatını xilas etmək üçün əllərindən gələni edirlər.
Azpost.info bildirir ki, bu barədə həkimin yaxın qohumu, yazıçı-publisist, əməkdar müəllim Pərviz Yəhyalı məlumat verib.
Onun sözlərinə görə, dünən günorta saatlarında Milli Onkologiya Mərkəzində baş verən qanlı olay haqqında xəbər saytlarında gedən informasiya, sosial mediada hallanan söz-söhbət əsasən həqiqəti əks etdirmir.
O, deyib ki, həkim qumbaranı zərərsizləşdirmək istəyərkən xəsarət alıb: “Qumbara ilə hücum edəni zərərsizləşdirmək, onun səbəbi bilinməyən aqressiyası ilə insanlara zərər vurmasının qarşısını almağa çalışarkən ağır yaralanan həkim hazırda ağır vəziyyətdə olsa da, sağdır, həyatdadır. Axı niyə insanın yalan ölüm xəbərləri tirajlansın?”
Yazıçı deyib ki, silahlı basqın edən şəxs müharibə iştirakçısı, qazi deyil. Həmçinin həmin terror aktını törədən şəxs zərərçəkmiş həkim-onkoloq Asif Nəsirovun xəstəsi olmayıb.
“Məlumat üçün bütün məsuliyyətimlə bəyan edir və bildirirəm: həkim-onkoloq Asif Nəsirov dünyasını dəyişməyib. Hazırda həmkarları onun həyatını xilas etmək üçün əllərindən gələni edirlər”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.