Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB “Qayıdışa aparan yol” adlı layihəyə start verib

User 04 May 2026 - 10:15 (Last updated: 04 May 2026 - 13:08)
qht fo

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qayıdışa aparan yol” adlı layihəsinin icrasına başlayıb. 
İctimai Birliyin sədri Tahir Xudiyev qeyd edir: “Qayıdışa aparan yol göstərir ki, azadlığa və sülhə gedən yol həm qəhrəmanlıq, həm də mənəvi güc yoludur. Qarabağa qayıdış Azərbaycan xalqının tarixində yeni bir mərhələnin başlanğıcıdır”.

3 ay davam edəcək layihə zamanı təşkil olunacaq eyni adlı televiziya verilişləri vasitəsilə izləyicilər Azərbaycan tarixinin müstəqillik və ərazi bütövlüyü sahəsindəki mühüm anlarını daha dərindən anlayacaqlar. Bu, onlarda tarixə daha böyük hörmət və milli kimlik hissini atrıracaq. Dövlətin müstəqillik uğrunda keçirdiyi çətin dövrlər, xalqın mübarizəsi və qələbə hekayələri dinləniləcək.

Bakının Qaradağ rayonunun “Qobu Park-2” yaşayış kompleksində müharibə əlilləri və digər əlilliyi olan şəxslər, məcburi köçkünlər, imtiyazlı qruplarla görüşlər keçirilməsi və onların mövcud problemlərinin qeydiyyatının aparılması, bu problemlərin aidiyyəti dövlət qurumlarının nəzərinə çatdırılması və həllinə dəstək göstərilməsi nəzərdə tutulur. Eləcə də maarifləndirmə məqsədi ilə onları maraqlandıran suallar cavablandırılacaq.

Bundan başqa layihənin icrası zamanı problemi olan müharibə əlilləri və müxtəlif kateqoriyalı əlilliyi olan şəxslərin, şəhid ailələrinin, digər imtiyazlı şəxslərin, eləcə də məhbus əlillər və onların ailə üzvlərinin öz müraciətlərinə əsasən problemlərinin həllinə dəstək göstəriləcək, lazım gələrsə respublikamızın digər regionlarına da səfər ediləcək. Bu da əhali ilə dövlət təşkilatları arasında münasibətlərin yaxşılaşmasına xidmət edir.

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin İrəvandakı sammitində çıxış edəcək
Next: Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Ermənistana gəldi

Oxşar xəbərlər

fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53
yaz havasının
  • Sosial

Sabaha olan hava proqnozu

User 09 Noyabr 2026 - 12:10
herbi yurus
  • Sosial

Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir

User 09 Noyabr 2026 - 11:30

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
ABŞ, Rusiya və Ukrayna nümayəndələri noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə yenidən danışıqlar masasına oturacaqlar. Bu,...
Read more about Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?
Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur orban
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53
Varlı olmaq üçün hansı xarakterə sahib olmaq lazımdır? – Maraqlı araşdırma varli03
  • Maraqlı

Varlı olmaq üçün hansı xarakterə sahib olmaq lazımdır? – Maraqlı araşdırma

User 09 Noyabr 2026 - 16:44
Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi? erdoqan tramp02
  • Dünya

Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?

User 09 Noyabr 2026 - 15:26
Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir” ozgur ozel
  • Dünya

Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir”

User 09 Noyabr 2026 - 15:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.