ABŞ qüvvələri altı İran katerini batırıb

ABŞ qüvvələri kommersiya gəmiçiliyinə müdaxilə etməyə çalışan altı İran katerini batırıb. İranın qanadlı raketlərini və dronlarını ələ keçirib.

Azpost.info The Mirror-a istinadən  xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib.

O, bunun Hörmüz boğazını açmağı hədəfləyən “Azadlıq Layihəsi” əməliyyatı çərçivəsində baş tutduğunu qeyd edib.

Kuper əməliyyat zamanı İran qüvvələrini ABŞ hərbi qurğularından uzaq durmağa çağırıb. ABŞ-ın İran limanlarını blokadada saxlamağa davam etdiyini bildirib. Komandan əlavə edib ki, SEPAH ticarət gəmilərinə raket və dronlar atıb, ABŞ onların qorunmasını təmin edir.

“Azadlıq Layihəsi” müdafiə əməliyyatıdır və biz raketdən müdafiə esminesləri yerləşdirmişik. Fars körfəzi sularında 87 ölkəyə məxsus gəmilər var və biz gəmiləri boğazdan keçməyə çağırırıq”, – deyə o, əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.