Sumqayıt Dövlət Universitetinə rektor təyin edildi –SƏRƏNCAM /DOSYE

Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

63 yaşlı N.Yusifbəyli əmək fəaliyyətinə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru kimi başlayıb.
O, 1993–2001-ci illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer Xidmətində rəis, baş dispetçer, baş mühəndisin müavini, 2001–2002-ci illərdə “Enerjinin ötürülməsi” İstehsalat Birliyinin baş direktorunun müavini vəzifələrində işləyib. 2002–2009-cu illərdə ASC-nin Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə “Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu”nun direktoru vəzifələrində çalışıb.
2012-ci ildən İqtisadiyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrini tutub.
2015-2020-ci illərdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsində çalışıb.
2021-ci ildən isə hazırkı təyinatadək isə Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru təyin olunub.
Ailəlidir, iki övladı var.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.