Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

“Bölgələrdə gender problemlərinin təhlili” layihəsinə start verilib

User 05 May 2026 - 10:30 (Last updated: 05 May 2026 - 17:36)
bolge qht

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi 01.05.2026-cı il tarixində “Bölgələrdə gender problemlərinin təhlili” adlı layihəyə start verib.

Bölgələrdə gender problemləri əsasən məişət zorakılığı, iqtisadi asılılıq, qərarvermə proseslərində qadınların az təmsil olunması və gender stereotipləri ilə bağlıdır. Təhsil və məşğulluqda mövcud olan bərabərsizliklər, xüsusilə bölgələrdə erkən nikahlar və qızların təhsildən yayınması halları hələ də aktuallığını qoruyur. Bölgələrdə gender problemləri adətən ənənəvi stereotiplərlə daha sıx bağlı olur və şəhər mərkəzlərindən fərqli xüsusiyyətlər daşıyır. Məsələn, bölgələrdə iş imkanlarının daha məhdud olması gender bərabərsizliyini daha da dərinləşdirir.

Layihənin əsas məqsədi bölgələrdə gender bərabərliyinə təsir edən maneələri müəyyən etmək və onların həlli yollarını araşdırmaqdır.

Bu təhlil çərçivəsində kişi və qadınların sosial, iqtisadi, təhsil və qərarvermə proseslərində bərabər imkanları, hüquqları və mövcud vəziyyəti araşdırılacaq, eləcə də mövcud bərabərsizliklər — erkən nikahlar, təhsilə çıxış və məşğulluq məsələləri “Gender bərabərliyinin təminatları haqqında” qanunvericilik çərçivəsində qiymətləndiriləcəkdir.

Layihə çərçivəsində regionlarda kişi və qadınların sosial-iqtisadi rolları, resurslara çıxış imkanları, qərarların qəbul edilməsində iştirakı və üzləşdikləri bərabərsizliklər sistemli şəkildə araşdırılacaqdır.

Layihə 3 ay müddətində Ağdam, Bərdə, Tərtər, Ağcabədi və Xocavənd rayonlarında həyata keçiriləcəkdir.

AzPost.az

Post navigation

Previous: Ölkədə yaşa və əlilliyə görə neçə nəfər pensiya alır?
Next: Yuxusuzluğa qarşı bunları edin! –

Oxşar xəbərlər

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.