Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“İlham Əliyev “Avropa Siyasi Birliyi” Zirvəsində beynəlxalq institutlara mesaj verdi”

User 06 May 2026 - 11:51 (Last updated: 06 May 2026 - 11:54)
ilham avropa sammit 01

“Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında səsləndirdiyi fikirlər regionda gedən proseslərə kompleks siyasi yanaşmanı əks etdirir”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat deyib ki, Prezidentin çıxışı regionda baş verən tarixi transformasiyanın həm siyasi, həm də institusional mahiyyətini əks etdirən mühüm siyasi bəyanatdır.

“Çıxışda səsləndirilən müddəalar göstərir ki, sülh prosesi artıq yalnız diplomatik bəyanatlar səviyyəsində deyil, real siyasi və iqtisadi mexanizmlərlə möhkəmləndirilir.

“Xüsusilə Ermənistanın 2028-ci ildə “Avropa Siyasi Birliyi” Zirvə görüşünün Azərbaycanda keçirilməsini dəstəkləməsi və qarşılıqlı əsasda gələcək zirvə görüşlərinin Bakı və İrəvanda təşkili ilə bağlı razılaşmalar regionda etimad mühitinin formalaşmasının mühüm göstəricisidir. Bu yanaşma Cənubi Qafqazın münaqişə məkanından əməkdaşlıq platformasına çevrilməsi istiqamətində yeni mərhələnin başlandığını göstərir.

Artıq sülh prosesinin praktiki nəticələri də müşahidə olunur. Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün çatdırılması, eləcə də 12 min ton neft məhsulunun ixracı uzun illər mövcud olmuş tranzit məhdudiyyətlərinin aradan qaldırıldığını və iqtisadi əlaqələrin bərpasını nümayiş etdirir. Bu, sülhün deklarativ deyil, real iqtisadi reallığa çevrildiyini sübut edir.

Eyni zamanda, ‘Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu’ çərçivəsində Azərbaycanın Naxçıvanla birbaşa bağlantısının təmin olunması və bunun Orta Dəhliz sisteminə inteqrasiyası regionun nəqliyyat və logistika arxitekturasında ciddi strateji dəyişiklik yaradır. Bu, Cənubi Qafqazın qlobal iqtisadi marşrutlardakı rolunu əhəmiyyətli dərəcədə gücləndirir”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin çıxışında beynəlxalq institutlara münasibətdə nümayiş etdirdiyi prinsipial mövqe də xüsusi diqqətə layiqdir:

“Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Ermənistan–Azərbaycan sülh prosesinə yanaşmasında müşahidə olunan ikili standartların tənqid edilməsi və bu qurumların fəaliyyətinin regionda sülh və etimad quruculuğuna maneə kimi qiymətləndirilməsi olduqca əsaslandırılmış mövqedir.

Bununla yanaşı, Avropa Komissiyasının sülh prosesinə göstərdiyi dəstəyin müsbət qiymətləndirilməsi onu göstərir ki, Avropa İttifaqı daxilində vahid strateji xətt hələ tam formalaşmayıb və müxtəlif təsisatların yanaşmaları arasında fərqlər qalmaqdadır”.

Cavanşir Feyziyevin sözlərinə görə, Azərbaycanın 2001-ci ildən Avropa Şurasında təmsil olunması və bu müddət ərzində beynəlxalq parlament platformalarında fəal iştirakı ölkənin Avropa siyasi sistemində inteqrasiya olunmuş aktor kimi çıxış etdiyini təsdiqləyir:

“Lakin 2023-cü ildən sonra regionda baş verən geosiyasi dəyişikliklər və Qarabağda separatçılığın aradan qaldırılması fonunda bəzi beynəlxalq qurumların mövqeyində müşahidə olunan dəyişikliklər ikili standartlar məsələsini yenidən aktuallaşdırır.

Bütün bunlara baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqliyini qətiyyətlə davam etdirir. Hazırkı mərhələnin əsas xüsusiyyəti uzunmüddətli qarşıdurma məntiqindən tədricən sülh, əməkdaşlıq və qarşılıqlı məsuliyyət müstəvisinə keçidin formalaşmasıdır. Bu gün Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq artıq keçmiş münaqişə paradiqması ilə izah oluna bilməz.

Bu çıxış eyni zamanda Avropanın Cənubi Qafqaz siyasətinə verilən obyektiv qiymət kimi də çıxış edir və göstərir ki, Azərbaycan regionda sabitlik və əməkdaşlığın formalaşmasında yalnız iştirakçı deyil, eyni zamanda istiqamətverici siyasi aktordur. Region tədricən sülhə əsaslanan əməkdaşlıq modelinə keçir və bu prosesdə Azərbaycan strateji təşəbbüskar və sistem formalaşdıran əsas aktorlardan biri kimi mövqeyini daha da möhkəmləndirir”.

Deputat qeyd edib ki, beynəlxalq təhlilçilər də bu çıxışı çağdaş Avropa siyasətinə ən obyektiv yanaşmalardan biri kimi qiymətləndirirlər.

Xatırladaq ki, mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.

AzPost.az

Post navigation

Previous: İlham Əliyev İslam İnkişaf Bankının sədrini qəbul edib
Next: Türkiyənin sabiq XİN başçısı Mövlud Çavuşoğlunun qardaşı güllələnib

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.