ABŞ İran gəmisini vurdu-1 dənizçi ölüb, daha 10-u yaralanıb

ABŞ-ın İran tankerinə hücumu nəticəsində bir dənizçi ölüb, daha 10 dənizçi isə yaralanıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə Minab qubernatorluğu məlumat yayıb.

Məlumata görə, ABŞ-ın ötən gecə Hörmüz boğazı və Oman dənizində həyata keçirdiyi hücum zamanı Bəndər-Abbasın şərqində yerləşən Minab rayonunun suları yaxınlığında yük daşıyan gəmi hədəf alınıb və yanğın baş verib.

Məlumata əsasən, yük gəmisində ümumilikdə 15 dənizçi olub. Hadisə nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb, 4 nəfər isə itkin düşüb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.