Azərbaycan və Ermənistanın delimitasiya komissiyalarının son iclasında üç layihə sənədi üzərində razılığa gəlinib.
Azpost.info bildirir ki, bu barədə Ermənistan Baş nazirinin müaviniMqer Qriqoryan jurnalistlərə açıqlamasında deyib.
“Sonuncu iclasda komissiyalar gələcək iş üçün vacib olan üç layihə sənədi üzərində razılığa gəldilər. Onlar əsasən texniki xarakterli proseduru təsvir edirlər. Lakin buna baxmayaraq vacibdirlər. Çünki biz bu sənədlərə uyğun olaraq hərəkət etməyə davam etməliyik”deyə Qriqoran vurğulayıb.
Baş nazirin müavini deyib ki, bu sənədlər açıqdır. “Sənədlər hər iki ölkədə daxili prosedurlar vasitəsilə təsdiqlənməlidir. Bundan sonra mətnlə tanış olacaqsınız”, – deyə o bildirib.
Delimitasiya prosesin yerlərdə başlaması üçün nə qədər vaxt lazım olacaq?” sualına Baş nazirin müavini belə cavab verdi: “Bütün sonrakı tədbirlərlə bağlı bütün məlumatları ictimaiyyət üçün açıq olduğu qədər dərc edirik. Deyəcək yeni bir şeyim yoxdur”.