“Neftçi” udub- Azərbaycan Premyer Liqası

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub.

“Neftçi” “Palms Sports Arena”da “Şamaxı” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.

Bu nəticədən sonra “Neftçi” 53 xalla dördüncü yerdə qalıb. “Şamaxı” isə 35 xalla səkkizinci pillədədir.

İlk matçda “Turan Tovuz” “Karvan-Yevlax”ı minimal hesabla məğlub edib – 1:0.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sabah”ı 1:0, “Sumqayıt” “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib, “Qəbələ” “Qarabağ”la 1:1, “İmişli” isə “Zirə” ilə 0:0 hesablı heç-heçəyə razılaşıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.