ABŞ Prezidenti Donald Tramp İran tərəfinin sülh sazişi layihəsinə cavabını bəyənməyib.
Bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb.
Tramp İranın ABŞ-ın son sülh təkliflərinə verdiyi cavabı “tamamilə qəbuledilməz” adlandırıb.
“İranın qondarma “nümayəndələri”nin cavabını oxudum. Bunu bəyənmədim. Tamamilə qəbuledilməzdir”,- deyə o bildirib.
10 mayda İranın dövlət mediası İranın ABŞ-ın son sülh təkliflərinə cavab verdiyini bildirib. Onların sözlərinə görə, Tehranın təklifləri Livan da daxil olmaqla, regionda “bütün cəbhələrdə” müharibəyə son qoymağa yönəlib.