British Petroleum və SOCAR Özbəkistanda Şimali Üstyurt layihəsi üçün hasilatın pay bölgüsü müqaviləsi imzalayıb.
Azpost.info UzDaily-yə istinadən xəbər verir ki, müqavilə Daşkənddə imzalanıb.
Layihə Boyterak, Terengkuduk, Birkori, Xaroy, Qaraqalpaq və Kulboy bloklarını əhatə edir. İmza mərasimində Özbəkistanın energetika naziri Curabek Mirzamahmudov, “Özbəknefteqaz”ın baş direktoru Abduqani Sanginov, SOCAR prezidenti Rövşən Nəcəf və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gio Kristofoli iştirak ediblər.
Müqavilənin şərtlərinə əsasən, BP layihədə SOCAR və Özbəknefteqaz-ın hər birindən 20% pay almaqğa 40 faiz pay sahibi olub. Nəticədə, səhmlərin bölüşdürülməsi aşağıdakı kimidir: 40% BP-yə, 30% SOCAR və Özbəknefteqaza məxsusdur.
SOCAR layihənin operatoru kimi rolunu qoruyub saxlayacaq.
Bu, Britaniya şirkətinin Özbəkistanın neft və qaz sektorundakı ilk investisiya layihəsidir. BP təşəbbüsdə iştirakın ölkənin resurs bazasının inkişafına dəstək verəcəyini və şirkətin beynəlxalq kəşfiyyat portfelini genişləndirmək strategiyasına uyğun olduğunu vurğulayıb.
Gio Kristofolinin sözlərinə görə, Özbəkistanın neft və qaz sənayesində əhəmiyyətli potensialı var və SOCAR və Özbəkneftqaz ilə əməkdaşlıq regionda uzunmüddətli əməkdaşlıq üçün perspektivlər açır.
SOCAR prezidenti Rövşən Nəcəf öz növbəsində layihənin həyata keçirilməsinin Özbəkistan və Azərbaycan arasında enerji əməkdaşlığında yeni bir mərhələ olacağını bildirib. O, həmçinin SOCAR və BP arasında uzunmüddətli əməkdaşlığın Üstyurt yarımadasının resurs potensialının effektiv şəkildə inkişaf etdirilməsinə imkan verəcəyini vurğulayıb.
Özbəkneftqazın baş direktoru Abduqani Sanginov BP-nin iştirakını beynəlxalq bazar üçün vacib bir siqnal adlandırıb və tərəfdaşların birləşdirilmiş texnologiyalarının, təcrübəsinin və biliklərinin regionda geoloji kəşfiyyatın effektivliyini artıracağını vurğulayıb.
Xatırladaq ki, Şimali Üstyurt layihəsi üzrə çərçivə sazişi 2025-ci ilin iyul ayında Özbəkistan Energetika Nazirliyi, SOCAR və Özbəknefteqaz arasında imzalanıb. Hazırda SOCAR-ın idarəçiliyində olan lisenziyalı ərazilərdə seysmik kəşfiyyat işləri davam edir.