Avropa İttifaqı Ermənistanı öz orbitinə çəkir. İrəvan Avrasiya İqtisadi Birliyi daxilində bütün imtiyazlarını itirmək riski ilə üzləşir.
Azpost.info bildirir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Bizim Ermənistanla münasibətlərimiz var və bu münasibətlər müttəfiqlik münasibətləridir. Amma eyni zamanda, onlar mürəkkəbdir. Burada Qərbin bəzi digər MDB üzvlərinin izi ilə Ermənistanı necə tabe etməyə və Ermənistanın MDB və AİB tərəfdaşları ilə qarşılıqlı faydalı iqtisadi, ticarət və investisiya əlaqələrini kəsməyə çalışdığını nəzərə almaq lazımdır”, – Lavrov jurnalistlərə bildirib.
Sergey Lavrov bildirib ki, Avropa İttifaqı Ermənistanı öz orbitinə çəkir və Yerevan Avrasiya İqtisadi Birliyi (AİB) daxilində bütün imtiyazlarını itirmək riski ilə üzləşir.