Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İcra başçısı müavinini işdən çıxardı

User 15 May 2026 - 14:44 (Last updated: 15 May 2026 - 14:44)
basci
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Arzu Qocayev vəzifəsindən azad olunub.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə icra başçısı Vüqar Novruzov müvafiq əmr imzalayıb.
A.Qocayev fəaliyyətini digər dövlət qurumunda davam etdirəcək.
Göygöl Rayon İcra Hakimiyyətindən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, Qocayev Arzu Rövşən oğlu 1991-ci ildə Göygöl şəhərində anadan olub. Göygöl şəhər 1 nömrəli tam orta məktəbi bitirib. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.
2012-2015-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Beynəlxalq Ticarət ixtisası üzrə magistr təhsili alıb. 2013-2016-cı illərdə Unibank-da müxtəlif vəzifələrdə çalışıb. 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Qəbələ regional “ASAN xidmət” mərkəzində baş məsləhətçi, 2018-2022-ci illərdə Şəki regional “ASAN xidmət” mərkəzinin direktoru, 2022-ci ilin fevral ayından etibarən isə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin direktoru vəzifəsində çalışıb.
2022-ci ilin sonunda Arzu Qocayev Göygöl rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.

AzPost.az

Post navigation

Previous: Prezident Türküstanda bir sıra mədəni məkanlara baxıb
Next: Hansı tərəvəzlər sağlamlığa zərərli ola bilər? –

Oxşar xəbərlər

zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.