Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycana qarşı kampaniyaların sayı azalıb –

User 19 May 2026 - 15:07
hikmet01

Azərbaycana qarşı kampaniyaların sayı azalıb.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“COP29 zamanı olduğu kimi, bu forum dövründə də müəyyən təzyiq və qarayaxma kampaniyalarının şahidi oluruq. Tədbirlə bağlı manipulyativ məlumatlar yayılmağa çalışılır, bəzi media orqanlarında məqsədli informasiyalar dövriyyəyə buraxılır. Təəssüf ki, Azərbaycana qarşı belə münasibət yeni deyil. Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlər keçirilən dövrlərdə müəyyən dairələr tərəfindən qarayaxma kampaniyalarına start verilir. Son dövrlərdə isə bu kampaniyaların miqyasının müəyyən qədər azaldığını müşahidə edirik. İstər ölkəmizin içərisində olan, istərsə də ölkəmizin xaricində olan və bir-biri ilə sinxron qaydada fəaliyyət göstərən qruplaşmaların maddi resursları bir qədər azalıb. Onlara qrant verənlərin sayı azalıb. Bunu inkar etməyə çalışsalar da, onların qrant adı altında hansı məqsədlərə xidmət etdiklərini biz çox gözəl bilirik”.

Hikmət Hacıyev bu xüsusda ABŞ-ın USAİD təşkilatının və Avropa Parlamentinin adını vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, Avropa Parlamentində son 5 ildə Azərbaycanla münasibətlərlə bağlı 10-dan artıq müxtəlif qətnamələr qəbul edilib: “Bu qətnaməni qəbul edənlərin özləri heç hansı problem haqqında danışdıqlarını başa düşmürlər. Biz bunlara xüsusi əhəmiyyət vermirik. Azərbaycanın müstəqil siyasəti, beynəlxalq nüfuzu və dünya ictimaiyyətində qazandığı hörmət göz önündədir. Bu gün Azərbaycan dünyanın mühüm diplomatik mərkəzlərindən biri kimi çıxış edir və qlobal əhəmiyyətli məsələlər məhz Bakıda müzakirə olunur. Forumda iştirak edən auditoriyanın genişliyi və müzakirələrin məzmunu da bunu bir daha təsdiqləyir”. /APA/

AzPost.az

Post navigation

Previous: Balığın həftəlik istifadəsi depressiya riskini azalda bilər
Next: Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib

Oxşar xəbərlər

ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.