NATO Hörmüz boğazına hərbi missiya göndərməyi müzakirə edir

Strateji əhəmiyyətli gəmiçilik marşrutu iyulun əvvəlinə qədər yenidən açılmasa, NATO Hörmüz boğazından keçən ticarət gəmilərinə yardım göstərməyi düşünür.

Azpost.info bildirir ki, bu barədə Bloomberg hərbi alyansın yüksək vəzifəli rəsmisinə istinadən xəbər verir.

NATO diplomatının sözlərinə görə, bu təşəbbüs artıq bir neçə üzv dövlət tərəfindən dəstəklənib. Lakin hazırda lazımi yekdil təsdiq yoxdur.

NATO qlobal enerji ticarəti üçün vacib olan ticarət gəmilərinin boğazdan təhlükəsiz keçidini təmin edə biləcək dəniz missiyası ehtimalını müzakirə edir.

NATO liderlərinin bu məsələni 7-8 iyul tarixlərində Ankarada keçiriləcək sammitdə müzakirə etməsi gözlənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.