“Prezidentin mənə dedi ki, biz döyüşə hazırıq. Biz bu yolla getmək istəmirik. Amma prezident lazım gələrsə, bu yolla getməyə hazırdır və bacarır.”
Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Vens İranla bağlı danışıqların perspketivini şərh edərkən deyib. Vensın sözlərinə görə, administrasiya iki variantı nəzərdən keçirir: ya İranın nüvə silahı qabiliyyətini birdəfəlik aradan qaldıran razılaşma, ya da ABŞ-ın hərbi əməliyyatlarının bərpası.
“Biz inanırıq ki, iranlılar razılaşma istəyirlər. Prezident bizə vicdanla danışıqlar aparmağı tapşırıb. Və biz məhz bunu edirik.”-Vans deyib.
Lakin Vens xəbərdarlıq edib ki, diplomatiya Trampın əsas tələbini – Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq tələbini poza bilməz: “B variantı ABŞ-ın məqsədlərinə çatmağa davam etmək üçün hərbi əməliyyatların bərpasıdır. Amma prezident bunu istəmir. Düşünmürəm ki, iranlılar da bunu istəyirlər.”
Vens bildirib ki, ABŞ artıq İranın ənənəvi ordusunu əhəmiyyətli dərəcədə zəiflədib.