ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar dayandırılıb

ABŞ Rusiya və Ukrayna
ABŞ Rusiya və Ukrayna

Moskva, Vaşinqton və Kiyev arasında üçtərəfli danışıqlar dayandırılıb.

Bu barədə ABŞ Dövlət katibi Marko Rubio NATO ölkələrinin xarici işlər nazirlərinin Stokholmda keçirilən görüşündə deyib.

O bildirib ki, hazırda heç bir müzakirə aparılmır. Bununla belə, Rubio gələcəkdə vəziyyətin dəyişəcəyinə ümid etdiyini vurğulayıb.

ABŞ Dövlət katibi əvvəlki dialoq raundlarının heç bir nəticə vermədiyini etiraf edib. O, buna baxmayaraq, ABŞ-ın vasitəçi kimi fəaliyyətini davam etdirməyə hazır olduğunu qeyd edib.

Rubio diqqətə çatdırıb ki, ABŞ sonsuz, nəticəsiz danışıqlarda iştirak etmək niyyətində deyil.

O, müharibənin bir tərəfin ənənəvi qələbəsi ilə deyil, yalnız danışıqlar masasında bitə biləcəyinə əmin olduğunu ifadə edib.

Qeyd edək ki, 2026-cı ildə Rusiya, ABŞ və Ukrayna arasında danışıqların üç raundu keçirilib. Bunlardan birincisi 23-24 yanvar tarixlərində Əbu-Dabidə, ikincisi 4-5 fevral tarixlərində yenə Əbu-Dabidə keçirilib və burada əsir mübadiləsi barədə razılığa gəlinib. Danışıqların üçüncü raundu isə 17-18 fevral tarixlərində Cenevrədə baş tutub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.