Pakistan ordusunun komandanı feldmarşal Asim Munir Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
APA-nın xəbərinə görə, Asim Munir İran və ABŞ arasında razılaşma əldə olunması istiqamətində Pakistanın vasitəçilik səylərini davam etdirmək üçün Pezeşkianla danışıqlar aparıb.
Asim Munir İran parlamentinin sədri, İranın ABŞ-la danışıqlar üzrə rəhbəri Məhəmməd Baqer Qalibafla da görüşüb.