Bakı-Tbilisi qatarı ilə gedən sərnişinlər bu sənədləri təqdim etməlidir –MÜRACİƏT

ADY QSC Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlərə müraciət edib.
Qatara minik üçün biletlə yanaşı aşağıdakı sənədlərin təqdim olunması mütləqdir:
– Pasportun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil)
– Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq səyahət sığortası
– 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet
– Bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi
Qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmayın.
 Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərinin həyata keçirəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.