Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Kənd təsərrüfatı ilə bağlı yeni Dövlət Proqramı təsdiq edildi

User 25 May 2026 - 17:44
kend teserufati foto

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə üç ay müddətində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi barədə, altı ay müddətində Dövlət Proqramının icrası çərçivəsində buğda, pambıq və heyvandarlıq məhsullarının istehsalı təsərrüfatlarının yaradılması nəzərdə tutulan ərazi vahidlərində torpaqların kateqoriyasının, yaxud məqsədli təyinatının dəyişdirilməsi barədə təkliflərini hazırlayıb təqdim etməli, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi buğda, pambıq və heyvandarlıq məhsullarının istehsalı təsərrüfatlarının yaradılması nəzərdə tutulan ərazi vahidlərinin siyahısını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 2.1.2-ci yarımbəndində nəzərdə tutulan təsərrüfatların kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə faiz subsidiyalarının verilməsi və investisiya layihələrinin dəyərinin subsidiyalaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, müasir texnologiyaların tətbiq edildiyi, yem bazasına malik olan və cins heyvanların və ya balıqların saxlanıldığı təsərrüfatların və tədarükçülərin rezident banklar və bank olmayan kredit təşkilatlarından 2027-ci ildən başlayaraq 5 (beş) il müddətində manatla aldıqları kreditlərə hesablanmış faizlərin, həmçinin icra edilmiş investisiya layihələrinin dəyərinin “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına subsidiyalaşdırılması üçün tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə üzrə bütün heyvandarlıq təsərrüfatlarında mövcud olan iribuynuzlu və xırdabuynuzlu heyvanların birdəfəlik identifikasiyasının dövlət büdcəsinin vəsaiti hesabına aparılmasını, müvafiq məlumatların “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sisteminə daxil edilməsini və “Elektron kənd təsərrüfatı” informasiya sisteminə ötürülməsini təmin etməlidir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu Sərəncamın 2.1.2-ci yarımbəndində nəzərdə tutulan təsərrüfatların su təminatının təkmilləşdirilməsi məqsədilə zəruri tədbirlər görməlidir.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin, dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.

AzPost.az

Post navigation

Previous: Rusiya ordusu Ukraynanı bombalayıb: 2 nəfər ölüb, 32 yaralı var
Next: Putin İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Oxşar xəbərlər

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
mirsake
  • Baş Yazı

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

User 27 Oktyabr 2026 - 13:14
ilham medeniyet
  • Baş Yazı

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

User 27 Oktyabr 2026 - 10:00

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.