ABŞ İran dövlət TV-in yaydığı anlaşma memorandumunu təkzib etdi

Ağ Ev İran dövlət mediasının hazırlanan anlaşma memorandumunun layihəsi ilə bağlı xəbərlərini qəti şəkildə təkzib edib, onu  “tam uydurma” adlandırıb.

“İranın nəzarətində olan medianın bu məlumatları həqiqətə uyğun deyil və onların “dərc etdiyi” memorandum tamamilə uydurmadır. Heç kim İran dövlət mediasının yaydığına inanmamalıdır. FAKTLAR ÖNƏMLİDİR”, – deyə Ağ Evin rəsmi hesabından X sosial media platformasında verilən açıqlamada bildirilir.

Xatırladaq ki, İran dövlət televiziyası əvvəllər layihə sənədinin ABŞ hərbi qüvvələrinin İrana bitişik ərazilərdən çıxarılmasını və İran limanlarının dəniz blokadasının qaldırılmasını nəzərdə tutduğunu bildirmişdi.

Qeyd edək ki, bu detalların bəziləri qismən ABŞ rəsmilərinin özləri tərəfindən əvvəllər təsvir edilən mümkün razılaşmanın konturları ilə uyğun gəlir. Vaşinqton dəfələrlə Prezident Donald Trampın blokadanı ləğv etməyə hazır olduğunu açıq şəkildə bildirib, lakin bu, yalnız İranın Hörmüz boğazından ticarət gəmilərinin maneəsiz tranzitinə zəmanət verməsi şərtilədir.

Ağ Evin sözçüsü Oliviya Uels IRIB-in nəşrlərini şərh edərkən ABŞ administrasiyasının mövqeyini açıq şəkildə ifadə etdi:

“Prezident Trampın bildirdiyi kimi, danışıqlar konstruktiv şəkildə irəliləyir və o, qırmızı xətlərimizi açıq şəkildə göstərib. Prezident Tramp yalnız Amerika xalqının maraqlarına xidmət edən və İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə zəmanət verən bir razılaşmanı qəbul edəcək.”

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.