Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Şağanda obyekt qalmaqalı: narazılıq doğuran suallar

User 01 İyun 2026 - 11:02 (Last updated: 01 İyun 2026 - 12:21)
saqan

Xəzər rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsində sakinlərin ciddi narazılığına səbəb olan bir problem yaşanmaqdadır. Məsələ o qədər böyüyüb ki, media orqanları və televiziyalar mövzunu gündəmə gətirib, dövlət qurumları rəsmi açıqlama verməli olublar.

Sakinlərin “Xəzər TV”yə verdiyi məlumata görə, əvvəlcə kiçik iaşə obyekti kimi fəaliyyət göstərən məkan sonradan genişlənərək böyük çayxana kimi fəaliyyətə başlayıb. Sakinlərin iddiasına görə, bu proses zamanı ərazidəki ağacların bir hissəsi kəsilib və əvvəllər insanların istirahət üçün istifadə etdiyi məkan faktiki olaraq kommersiya obyektinə çevrilib. Ərazi sakinləri bu obyektdə xüsusilə gecə saatlarına qədər davam edən səs-küydən narazıdırlar.

Sakinlərdən Ülviyyə Səlimova bildirir ki, gecə saatlarında obyektin fəaliyyəti ətrafdakı insanların normal istirahətinə mane olur: “İşdən yorğun gəlirik ki, dincələk, amma səs-küydən rahatlığımız yoxdur. Bura insanların vaxt keçirməsi üçün istifadə etdiyi ərazi idi, amma indi vəziyyət tam dəyişib”. Digər sakin Göyçəkbəyim Ağalarova da qeyd edir ki, obyektin yerləşdiyi ərazi əvvəllər ağaclıq və sakinlərin toplaşdığı məkan kimi istifadə olunurdu. Amma indi bu mümkün deyil.

Sözügedən obyektin sahibi Ədalət Məmmədov isə ittihamları qəbul etmir. O bildirir ki, obyekt gecə saat 11-dən sonra fəaliyyət göstərmir və hazırda sənədləşmə prosesi aparılır: “Fəaliyyət üçün layihəmiz var. Çıxarış alınması üçün müraciət etmişik, sənədlər yaxın günlərdə hazır olmalıdır”.

 

 

Bəs dövlət qurumları nə deyir? Sakinlərin müraciəti əsasında Daxili İşlər Nazirliyi (DİN) ərazidə araşdırma aparıb, gecə səs-küyü ilə bağlı obyektin icarədarı ilə profilaktik söhbət apararaq ona rəsmi xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə ərazidə ağacların kəsilməsi ilə bağlı fakt üzrə akt tərtib edildiyini və materialların hüquqi qiymətləndirilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərildiyini açıqlayıb.

Bununla yanaşı, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanovun 5 may 2026-cı il tarixində vətəndaş Göyçəkbəyim Ağalarovanın sözügedən problemlə bağlı ünvanladığı müraciətə cavabında qeyd olunub ki, Şağan qəsəbəsində həmin əraziyə baxış keçirilib. Araşdırma zamanı həmin torpaq sahəsində vətəndaş Qasımov Qasım Rafael oğlu tərəfindən 2016-cı ildə inşa edilmiş qeyri-yaşayış obyektinin hazırda iaşə obyekti kimi fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin obyektin ətrafında yüngül konstruksiyalardan ibarət yeni tikinti işlərinin aparıldığı aşkarlandığı, nümayəndəlik əməkdaşlarının müdaxiləsindən sonra həmin işlərin dayandırıldığı bildirilib. Məktubda qeyd olunur ki, aidiyyəti qurumların iştirakı ilə qanunsuz strukturlar sökülərək ərazi əvvəlki vəziyyətinə qaytarılıb.

Amma sakinlər “AzPolitika”ya bildirib ki, rayon icra hakimiyyətinin gördüyü tədbirlər kifayət deyil. Obyekt yenə əvvəlki qaydada qanunsuz fəaliyyət göstərir və onlara ciddi problemlər yaradır. Onlar media vasitəsi ilə bir daha aidiyyəti qurumlara müraciət edərək yaranmış arzuolunmaz vəziyyətin birdəfəlik aradan qaldırılmasınını xahiş edirlər.

Sakinlərin iddialarına görə, görülən tədbirlərə baxmayaraq problemin tam həll olunmaması hansı səbəblərlə bağlıdır?

Onu da qeyd edək ki, ortada dövlət qurumlarının araşdırdığı və hüquqi qiymətləndirmə üçün prokurorluğa göndərdiyi materiallar olduğu halda, obyekt ətrafında uzun müddət tikinti və genişlənmə işlərinin aparılması da müəyyən suallar yaradır. Ekspertlərin fikrincə, belə halların qarşısının vaxtında alınmaması bəzi vətəndaşlarda yanlış təsəvvür yarada bilər.

Əgər qanunsuz hesab edilən tikililər sonradan müxtəlif yollarla rəsmiləşdirilməyə cəhd edilirsə, bu, digər şəxslər üçün də pis presedent yarada bilər.

 

Məsələnin sosial tərəfi də az əhəmiyyət daşımır. Dəfələrlə olub ki, yaşayış məntəqələrində insanların istifadə etdiyi ağaclıq və ümumi istirahət məkanlarının kommersiya obyektlərinə çevrilməsi sakinlərdə narazılıq yaradır. Xüsusilə belə obyektlərdə gecə saatlarında yaranan səs-küy insanların normal istirahət hüququna pis təsir göstərir və bu kimi problemlərin artması cəmiyyətdə narahatlığa səbəb ola bilər.

Burada “məkan ədaləti” məsələsi də ortaya çıxır. Onlarla ailənin, uşaqların və yaşlı insanların istifadə etdiyi ümumi məkanın bir obyektin fəaliyyəti nəticəsində dəyişməsi sakinlərdə ictimai maraqların kifayət qədər qorunmadığı hissini yaradır.

Hüquqşünasların fikrincə, bu tip hallarda sakinlər yalnız fərdi şikayətlərlə kifayətlənməməli, kollektiv müraciətlərdən də istifadə etməlidirlər. Təcrübə göstərir ki, çoxsaylı imzalarla dövlət qurumlarına ünvanlanan müraciətlər daha ciddi nəzarətə götürülür.

Bununla yanaşı, sakinlər mülki qanunvericilik çərçivəsində məhkəməyə müraciət edərək obyektin fəaliyyəti, səs-küy və yaşayış mühitinə təsirlə bağlı iddialar qaldıra bilərlər. Hüquqşünaslar bəzi hallarda məhkəmə vasitəsilə obyektin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması barədə qərar alınmasının da mümkün olduğunu bildirirlər.

“AzPolitika.info”

AzPost.az

Post navigation

Previous: Bu günə olan valyuta məzənnələri
Next: Zənginləşdirilmiş uranla bağlı heç bir danışıq aparılmayıb –

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.