Xəzər Universitetinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və müasir tədris klinikasının rəsmi açılış mərasimi keçiriləcək.

Azpost.info bildirir ki, açılış mərasimi 12 iyun 2026-cı il tarixində saat 11:00-da olacaq.

Açılış mərasimi Azərbaycanda baytarlıq təhsilinin inkişafına, müasir tədris imkanlarının genişləndirilməsinə və gələcək baytar mütəxəssislərinin hazırlanmasına yönəlmiş mühüm hadisə kimi qiymətləndirilir.

Yeni yaradılmış tədris infrastrukturu tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etməsinə, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsinə və beynəlxalq standartlara uyğun klinik təcrübə qazanmasına imkan verəcəkdir. Tədris klinikası isə tələbələrin peşəkar hazırlığının artırılması və heyvan sağlamlığı sahəsində keyfiyyətli xidmətlərin göstərilməsi baxımından mühüm rol oynayacaqdır.

Mərasimdə dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, baytarlıq sahəsinin mütəxəssisləri, beynəlxalq tərəfdaşlar, media nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.

Tədbir çərçivəsində rəsmi çıxışlar, fakültənin inkişaf perspektivləri ilə bağlı təqdimatlar və yeni tədris binası ilə klinikanın infrastrukturu üzrə tanışlıq turu nəzərdə tutulur.

HASVET Baytarlıq Təbabəti Fakültəsi müasir təhsil, elmi araşdırma və klinik təcrübəni bir araya gətirən innovativ akademik mühit yaratmaqla Azərbaycanda və regionda baytarlıq təhsilinin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyur.

 

Əlaqə tel: 050 321 3169

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.