Türkiyə və Ermənistan arasında yeni mərhələ- İş adamları ilk dəfə görüşdü /FOTO

Qars vilayətində Türkiyə və Ermənistan biznes nümayəndələrinin B2B formatında ilk genişmiqyaslı görüşü baş tutub.

Azpost.info bildirir ki, Qars hakimiyyət orqanlarının məlumtına görə, tədbir Türkiyə və Ermənistan Xarici İşlər Nazirlikləri, eləcə də Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) tərəfindən dəstəklənib.

Tədbir Qars Ticarət və Sənaye Palatası (Kars Ticarət və Sənaye Odası, KATSO) tərəfindən təşkil edilib. Proqramın bir hissəsi olaraq türk və erməni sahibkarlar ilk dəfə olaraq potensial birgə layihələri, yeni investisiyaları və iqtisadi əməkdaşlıq sahələrini müzakirə etmək üçün belə yüksək səviyyədə bir araya gəliblər.

Təşkilatçıların sözlərinə görə, görüşün məqsədi iki ölkədəki bizneslər arasında birbaşa əlaqələri inkişaf etdirmək və ikitərəfli münasibətlərin normallaşması fonunda davamlı iqtisadi əlaqələri inkişaf etdirməkdir. İştirakçılar vurğulayıblar ki, biznes əməkdaşlığı etimadın və regional inteqrasiyanın qurulması üçün mühüm vasitə ola bilər.

Danışıqlar zamanı ticarət, logistika, nəqliyyat infrastrukturu, turizm, kənd təsərrüfatı, sənaye istehsalı, enerji və xidmətlər daxil olmaqla geniş sahələr müzakirə olunub. Xüsusi diqqət ölkələr arasında və Cənubi Qafqaz regionu vasitəsilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə və logistika marşrutlarının sadələşdirilməsinə yönəldilib.

Biznes nümayəndələri iqtisadi əməkdaşlıq üçün yüksək potensialı qeyd ediblər. Qars tərəfi regionun kənd təsərrüfatı və qida emalı sahəsindəki imkanlarını, o cümlədən Kars Kaşarı (Qars pendiri), Kars Gravyeri (Qars Gruyere) və Kars Balı (Qars balı) kimi tanınmış brendləri təqdim edib.

Ermənistanlı iştirakçılar öz növbəsində sənaye, qida, texnologiya və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Həmçinin vurğulanıb ki, hər iki iqtisadiyyat bir-birini tamamlayan potensiala malikdir: bir tərəfin istehsal və xammal ehtiyatları, digər tərəfin emal, logistika və xarici bazarlara çıxışı var. Görüş iştirakçıları qeyd etdilər ki, düzgün koordinasiya ilə bu, uzunmüddətli iqtisadi tərəfdaşlıq üçün zəmin yarada bilər.

Turizm də ayrıca müzakirə edilib. Qeyd edili ki, qədim Ani şəhəri və Ermənistanın tarixi abidələri kimi yerləri əhatə edən marşrutların birgə inkişafı yeni sərhədyabnı turizm məkanları yarada və bölgəyə səyahətçi axınını artıra bilər.

Təqdimatlar zamanı nəqliyyat infrastrukturu da müzakirə edilib. İştirakçılar regionun iqtisadi fəaliyyətini əhəmiyyətli dərəcədə artıra biləcək sərhəd keçid məntəqələrinin açılması və logistika marşrutlarının bərpası perspektivi də daxil olmaqla, avtomobil və dəmir yolu əlaqələrinin inkişafının vacibliyini vurğulayıblar.

Rəsmi hissədən sonra proqram qapalı formatda davam edib və iki ölkənin biznes nümayəndələri potensial investisiya layihələrini və qida sənayesi, tekstil, tikinti, turizm və texnologiya kimi sektorlarda mümkün əməkdaşlıq sahələrini ətraflı müzakirə ediblər.

Tədbirdən sonra iştirakçılar görüşün Türkiyə və Ermənistanın biznes icmaları arasında müntəzəm dialoq üçün başlanğıc nöqtəsi olacağına və yaxın gələcəkdə konkret birgə layihələrin ortaya çıxmasına səbəb olacağına ümid etdiklərini bildiriblər.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.