Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ və İran bir-birilərinə cavab zərbələri endirib

User 03 İyun 2026 - 08:29 (Last updated: 03 İyun 2026 - 08:29)
raket ataqmas

ABŞ ordusu İran tərəfindən atıldığı iddia edilən raket və dronları ələ keçirdikdən sonra Qəşm adasındakı yerüstü idarəetmə obyektinə zərbə endirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında məlumat verilib.

“ABŞ qüvvələri 2 iyunda Yaxın Şərqdə İranın hücumlarına cavab olaraq bir neçə ballistik raket və dronu uğurla vurub və özünümüdafiə məqsədilə zərbə endirib”, – açıqlamada deyilir.

Məlumata görə, İran beş raket atıb, lakin onlardan heç biri hədəflərinə çatmayıb. ABŞ ordusu bundan başqa üç dronu da vurduğunu bildirib.

 

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qəşm adasındakı İran hərbi obyektinə endirdiyi zərbələrə cavab olaraq Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına, eləcə də regional ölkədəki ABŞ hərbi hava bazasına raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.

Bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.

“Digər bir təcavüz aktı olaraq, ABŞ Qəşm adasının cənubunda İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus rabitə qülləsinə hava hücumu etdi. Bu təcavüzə cavab olaraq, regional ölkədə yerləşən onların hava bazası və vertolyot meydançası, eləcə də ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı SEPAH Aerokosmik Qüvvələrinin raketləri və dronları ilə vuruldu”, – məlumatda deyilir.

AzPost.az

Post navigation

Previous: Ərdoğan və Paşinyan münasibətlərin normallaşmasını müzakirə etdi
Next: Səudiyyə vəliəhdinin 12 trilyon dollarlıq meqalayihəsi niyə təxirə salınıb?

Oxşar xəbərlər

tramp
  • Dünya

“İranla razılaşmaya ehtiyacımız yoxdur, boğazı əlimizdədir…” – TRAMP

User 12 Noyabr 2026 - 17:34
orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29

xƏBƏR

tramp
  • Dünya

“İranla razılaşmaya ehtiyacımız yoxdur, boğazı əlimizdədir…” – TRAMP

User 12 Noyabr 2026 - 17:34
ABŞ Prezidenti Donald Tramp artıq İranla razılaşmaya ehtiyac olmadığını bildirib. Tramp bu barədə “Truth Social” hesabında paylaşım...
Read more about “İranla razılaşmaya ehtiyacımız yoxdur, boğazı əlimizdədir…” – TRAMP
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb ilham sandu
  • Siyasət

Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb

User 12 Noyabr 2026 - 17:12
Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır maya sandu
  • Siyasət

Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır

User 12 Noyabr 2026 - 15:23
Prezident “Avropa Siyasi Birliyi”nin keçirildiyi Konqres Mərkəzinə gəlib prezident
  • Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin keçirildiyi Konqres Mərkəzinə gəlib

User 12 Noyabr 2026 - 15:21
“Azərbaycan Bolqarıstana daha çox qaz tədarük edə bilsə…” – Rumen Radev rumen radev
  • Siyasət

“Azərbaycan Bolqarıstana daha çox qaz tədarük edə bilsə…” – Rumen Radev

User 12 Noyabr 2026 - 15:19
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.