Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan telefonla danışıb.
Azpost.info bildirir ki, danışq zamanı Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlərin normallaşması məsələsini müzakirə ediblər.
Türkiyə Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Paşinyan Ərdoğanı bu yaxınlarda keçirilən Qurban bayramı münasibətilə təbrik edib. Bu kontekstdə Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlərin normallaşması, eləcə də regional məsələlər də müzakirə olunub.
Prezident Ərdoğan qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması birbaşa ticarətin başlanmasına yönəlmiş addımlar sayəsində davam edir. O, həmçinin vurğulayıb ki, Türkiyə regionda sülhün və sabitliyin təmin edilməsi üçün səylər göstərir və bu məqsədə çatmaq üçün atılan istənilən addımı dəstəkləyəcək.