ABŞ prezidenti Donald Tramp İranla bağlı vəziyyətin humanitar səbəblərdən diplomatik həllinə üstünlük verdiyini bəyan edib.
Azpost.info bildirir ki, Tramp bu barədə Pod Force One podkastına verdiyi müsahibədə bildirib.
Bununla yanaşı prezident deyib ki, İrana hücumların bərpası münaqişənin yenidən başlamayacağına əminlik yaradacaq.
“Bilirsiniz, mən münaqişəyə son qoymağı humanitar baxımdan xoşluqla həllini üstün tuturam”, – deyə prezident Pod Force One podkastına verdiyi müsahibədə bildirib.
O, həmçinin qeyd edib ki, hərbi əməliyyatlarının mümkün bərpası münaqişənin bitəcəyinə əminlik yarada bilər.
“İnam. Hər şey bitəcək. Artıq danışmaq, artıq cəfəngiyat olmaz. Danışıqlarda gecikmə olmaz”, – deyə Tramp ABŞ-ın İrana hücumlarının bərpasının nəticələri ilə bağlı suala cavab olaraq bildirib.