Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

32 kütləvi məzarlıq aşkarlanıb –

User 11 İyun 2026 - 16:06 (Last updated: 11 İyun 2026 - 16:06)
hikmet hacıyev

İtkin düşmüş şəxslər məsələsi Ermənistan-Azərbaycan münaqişəsinin ən ağrılı humanitar nəticələrindən biri olaraq qalır.

Bbu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” də bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Birinci Qarabağ müharibəsindən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, 4 009 Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır.

O vurğulayıb ki, minlərlə ailə yaxınlarının taleyi və harada olması barədə məlumat almaq kimi fundamental hüquqdan məhrum şəkildə qeyri-müəyyənlik içində yaşamağa davam edir.

Prezidentin köməkçisi bildirib ki, davam edən axtarış, qazıntı və identifikasiya işləri nəticəsində 889 insan qalıqları ekshumasiya edilib, 313 itkin şəxsin kimliyi DNT və məhkəmə-tibbi analizlər vasitəsilə müəyyən olunub, 226 nəfərin qalıqları isə dəfn üçün ailələrinə təhvil verilib.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 32 kütləvi məzarın aşkarlanması humanitar faciənin miqyasına dair əlavə sübutlar təqdim edir və itkin şəxslərin taleyinin aydınlaşdırılması üçün davamlı əməkdaşlığın zəruriliyini göstərir. İtkin düşmüş şəxslər məsələsinin həlli yalnız humanitar öhdəlik deyil. Bu, həm də ədalət, insan ləyaqəti, barışıq və davamlı sülh məsələsidir. Müəyyən edilən hər bir şəxs bir ailəni yaxınına yaxınlaşdırır. Tapılan hər bir insan qalığı həqiqətin bərpasına və yaddaşın qorunmasına xidmət edir”, – Hikmət Hacıyev əlavə edib.

AzPost.az

Post navigation

Previous: Ərdoğan və Şahbaz Şərif Paşinyanı təbrik etdi
Next: Prezident Dövlət Agentliyinə yeni sədr müavinləri təyin etdi

Oxşar xəbərlər

yol yaqis
  • Sosial

Bakıda noyabrın 9-na qədər yağış yağacaq – temperatur 10 dərəcəyədək enəcək

User 04 Noyabr 2026 - 14:43
800x500
  • Sosial

“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da!

User 04 Noyabr 2026 - 14:26
sagird suni intellekt mekteb
  • Sosial

Google-dan məktəblərə şərt – Süni intellektə “yox” deyənlər axtarış edə bilməyəcək

User 04 Noyabr 2026 - 13:26

xƏBƏR

yol yaqis
  • Sosial

Bakıda noyabrın 9-na qədər yağış yağacaq – temperatur 10 dərəcəyədək enəcək

User 04 Noyabr 2026 - 14:43
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Bakıda noyabrın 9-na qədər yağış yağacaq – temperatur 10 dərəcəyədək enəcək
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da! 800x500
  • Sosial

“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da!

User 04 Noyabr 2026 - 14:26
Trampın “cihadçı” adlandırdığı namizəd senator seçildi – ABŞ-da İlk müsəlman senator olacaq senator sayed
  • Dünya

Trampın “cihadçı” adlandırdığı namizəd senator seçildi – ABŞ-da İlk müsəlman senator olacaq

User 04 Noyabr 2026 - 13:56
Restoran açmaq asandır, bəs onu gəlirli saxlamaq niyə çətindir? restoran
  • İqtisadiyyat

Restoran açmaq asandır, bəs onu gəlirli saxlamaq niyə çətindir?

User 04 Noyabr 2026 - 13:36
Google-dan məktəblərə şərt – Süni intellektə “yox” deyənlər axtarış edə bilməyəcək sagird suni intellekt mekteb
  • Sosial

Google-dan məktəblərə şərt – Süni intellektə “yox” deyənlər axtarış edə bilməyəcək

User 04 Noyabr 2026 - 13:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.