ABŞ-ın B-52 bombardmançı təyyarəsi qəzaya uğradı-FOTO /YENİLƏNİB

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 bombardmançı təyyarəsi Edvards Hərbi Hava Qüvvələri bazasından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Bu barədə Fox News xəbər verir.

İlkin məlumatlara görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Kaliforniyadakı Edvards Hərbi Hava Qüvvələri bazasından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Hadisənin baş vermə səbəbləri və mümkün itkilər barədə məlumatlar araşdırılır.

 

**

ABŞ-ın Kaliforniya ştatında yerləşən Edvards Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayan “B-52 Stratofortress” strateji bombardmançısının 8 nəfərlik heyətin hamısı həlak olub.

Bu barədə Edvards aviabazasının “X” hesabında məlumat verilib.

Məlumata görə, B-52 bombardmançısı planlaşdırılmış sınaq uçuşu üçün havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Hadisə Mojave səhrasında, Los-Ancelesdən təxminən 160 kilometr şimalda baş verib.

Qəzanın səbəbləri araşdırılır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.