“İran nümayəndə heyəti tezliklə İsveçrəyə gedəcək” –XİN

İran nümayəndə heyəti tezliklə İsveçrəyə gedəcək.

Azpost.info IRIB-ə istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü açıqlayıb.

Bu açıqlama İsveçrənin vasitəçiliyi ilə aparılan diplomatik məsləhətləşmələr barədə əvvəlki məlumatlardan sonra yayılıb. Xüsusilə, İsveçrə tərəfi Bürgenstokda ABŞ və İran arasında mümkün müzakirələr üçün “gizli və etibarlı platforma” yaratdığını təsdiqləyib, amma danışıqların təfərrüatları açıqlanmayıb.

Həmçinin, bundan əvvəl “Xatəm əl-Ənbiya” Mərkəzi Komandanlığı İsrail və ABŞ tərəfindən memorandumun pozulması səbəbindən Hörmüz boğazının yenidən bağlandığını elan etmişdi.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.