Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Neft, qaz, qızıl və pomidor ölkəyə nə qədər pul qazandırır? –

User 21 İyun 2026 - 12:52 (Last updated: 21 İyun 2026 - 09:28)
ixrac03

Azərbaycanın illik ümumi ixrac gəlirləri 24.5 milyard ABŞ dolları (təxminən 41.7 milyard manat) səviyyəsindədir.

Azpost.info bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ən son rəsmi göstəricilərində açıqlanıb.

Azərbaycanın xarici ticarət balansında ixrac gəlirlərinin strukturu kəskin şəkildə iki qrupa bölünür: neft-qaz sektoru və qeyri-neft sektoru.

Ölkəyə daxil olan ümumi ixrac gəlirlərinin təxminən 85-90%-i birbaşa xam neft, təbii qaz və neft məhsullarının satışından formalaşır.

İllik təbii qaz ixracı 25.2 milyard kubmetrə çatıb ki, bunun da yarıdan çoxu (12.8 milyard kubmetri) birbaşa Avropa bazarlarına nəql olunur. Azərbaycan neft-qaz məhsullarının ən böyük alıcısı İtaliyadır (ümumi ixracın 45.3%-i). Ondan sonra Türkiyə, Yunanıstan, Bolqarıstan və Çexiya gəlir.

Son illərdə nominal artım tempini qoruyan qeyri-neft-qaz ixracı 3.63 milyard dollara yüksəlib.

Bu sırara qızıl satışı diqqəti çəkir. Azərbaycan qızıl satışından 326 milyon dollar qazanıb. Əsas alıcılar İsveçrə, Böyük Britaniyadır.

Pomidor da qeyri-neft sektorunda əsas ixrac malıdır. Azərbaycan pomidor ixracından 192.5 milyon dollar gəlir əldə edib. Əsas alıcılar Rusiya və Körfəz ölkələridir.

Gübrə sektorunda karbamid ixracından 170.8 milyon dollar gəlir gəlib. Bu malın əsas alıcıları Türkiyə, Rusiya, Rumıniyadır.

Meyvə-tərəvəz ixracı əsasən xurma, fındıq, alma üzərində olub. Bu məhsullardan ölkəyə 1.2 milyard dollar qazanc gəlib. Bu ixracın əsas bazarı Rusiyadır, məhsulların 32.4% ora daşınır.

Elektrik enerjisi ixracı da artım tempindədir. Əsas alıcılar Gürcüstan, Türkiyə, Avropadır.  Azərkosmos peyk xidmətlərindən 18.1 milyon dollar gəlir əldə edib.

Digər qeyri-neft məhsullarından – emal olunmamış alüminium ixracı 87%, şəkər ixracı 67.7%, kartof ixracı isə 47.8% artaraq aqrar və sənaye sahəsində ölkəyə gəlir gətirən əsas katalizatorlara çevriliblər.

Azərbaycanın illik idxalı (xaricdən aldığı mallar) da təxminən 24.3 milyard dollar civarındadır. Bu o deməkdir ki, ixrac gəlirləri idxal xərclərini tam bağlayır və ölkənin xarici ticarətində müsbət saldo (profilisit) yaranır. Lakin qlobal enerji bazarlarındakı qiymət dalğalanmaları ümumi gəlirə birbaşa təsir etdiyi üçün, dövlət strategiyası hazırda daxili istehsalı artırıb qeyri-neft ixracını 5 milyard dollarlıq hədəfə çatdırmaq üzərində qurulub.

Samir Abdulla

 

AzPost.az

Post navigation

Previous: Alimlərdən yeni araşdırma –
Next: Pəhriz saxlayanlar üçün vacib xəbər –

Oxşar xəbərlər

pul
  • İqtisadiyyat

Gələn il əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə adambaşına müavinət xərci 1262,07 manata çatacaq

User 05 Noyabr 2026 - 15:15
pul
  • İqtisadiyyat

Bu il qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları proqnozu 300 mln. manata yaxın üstələyib

User 05 Noyabr 2026 - 15:12
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 05 Noyabr 2026 - 09:27

xƏBƏR

baliq
  • Maraqlı

60 yaşdan sonra hansı balıqları yemək olmaz? – Mütəxəssislər xəbərdarlıq edir

User 05 Noyabr 2026 - 19:33
Mütəxəssislər yaşlı insanlara balıq seçimi və onun düzgün istehlakı ilə bağlı tövsiyələr verib, həmçinin hansı balıq növlərinin...
Read more about 60 yaşdan sonra hansı balıqları yemək olmaz? – Mütəxəssislər xəbərdarlıq edir
Ürək sağlamlığı üçün saat neçədə yatmaq lazımdır? – Kardioloq optimal vaxtı açıqladı urek
  • Sosial

Ürək sağlamlığı üçün saat neçədə yatmaq lazımdır? – Kardioloq optimal vaxtı açıqladı

User 05 Noyabr 2026 - 19:22
Kosmosdan müəmmalı siqnal qeydə alındı – Alimlər yadplanetlilərin izini axtarır Kosmos
  • Maraqlı

Kosmosdan müəmmalı siqnal qeydə alındı – Alimlər yadplanetlilərin izini axtarır

User 05 Noyabr 2026 - 19:03
Telefonlarda ödəniş qaydası dəyişir – Hər alışda barmaq izi tələb olunacaq Telefon
  • Sosial

Telefonlarda ödəniş qaydası dəyişir – Hər alışda barmaq izi tələb olunacaq

User 05 Noyabr 2026 - 18:56
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb putin rezayi0
  • Dünya

Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

User 05 Noyabr 2026 - 18:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.