Azərbaycan-Türkmənistan arasında ticarət niyə cəmi 29 milyon dollardır?

Xəbər verdiyimiz kimi Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Bakıya səfər edib.

Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış sənədlərin iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi olub.

Azərbaycan – Türkmənistan ticarət əlaqələrinin vəziyyəti hazırda necədir?

Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-aprel aylarının nəticələrinə görə yaydığı bülletendə bildirilir ki, Azərbaycanın Türkmənistana ixracı $16,9 mln, idxalı isə – $12,63 mln. dəyərində olub.
Azərbaycanın Türkmənistana satdığı məhsullar içərisində bunlar seçilir:
– şəkər – $6,46 mln
– tikinti armaturu – $4,88 mln
– sürtkü yağları – $1,91 mln
– kərə yağı – $0,93 mln
– dizel yanacağı – $0,51 mln
Azərbaycan isə Türkmənistandan bunları alıb:
– təyyarə yanacağı – $4,19 mln
– azot gübrələri – $1,98 mln
– kimya üçün yanacaq – $1,5 mln
– sürtkü yağları – $0,94 mln
– şokolad məhsulları – $0,64 mln
– polietilen paketlər – $0,36 mln
– saqqız – $0,16 mln
Rəqəmlər göstərir ki, iki ölkə arasında ticarət əlaqələri çox aşağıdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.