Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“Məni şantaj edirdi” –

User 22 İyun 2026 - 14:11 (Last updated: 22 İyun 2026 - 14:11)
resad daqli

Tanınmış meyxanaçı Rəşad Dağlının istintaq dövründə qətl törətməsi ilə bağlı ətraflı detallar ortaya çıxıb. 

O, ifadəsində Lökbatan dairəsi yaxınlığındakı ərazidə qonşusu İsgəndər Mehdiyevi necə öldürdüyünü bildirib:

“Təxminən 1 həftə əvvəl mən Yasamal bazarının arxasında, İskəndərgilin evinin önünə gələrək qapının ağzında onunla görüşdüm. Bir qədər söhbət etdik, söhbət zamanı İskəndər mənə dedi ki, cəzaçəkmə müəssəsində olarkən bir nəfər məhkum ona danışıb ki, guya mən seksual azlıq nümayəndəsiyəm və guya mənim belə hərəkətlərim barədə onun sübutları var. “Həmin şəxs səndən pul tələb edir, sən müəyyən qədər pul versən onunla görüşüb bu məsələni bağlayaram”. Dedim ki, həmin şəxs kimdirsə, mənə desin onunla görüşüm görüm mənim barədə bu söhbəti necə yayıb və nə sübutu var. Lakin o dedi ki, sənin onunla görüşməyin məsləhət deyil. Bu məsələni mən yoluna qoymalıyam. Dedi ki, guya həmin şəxsin nömrəsi də onda yoxdur, qonşuları vasitəsi ilə əlaqə saxlayır.

Ümumilikdə onun danışığından belə məlum oldu ki, o məni sadəcə yola verir. Haqqımda həqiqətə uyğun olmayan və şəxsiyyəti alçaldan şaiyələr yaratmaqla məndən pul tələb etmək istəyir. Mən əmin oldum ki, əslində elə adam yoxdur. Bu sadəcə İskəndərin öz qurmasıdır. Bir kişi kimi qəbuledilməz ittihamlar olduğundan və cəmiyyət arasında tanınaraq nüfuza malik olduğumdan bu məsələlər mənə pis təsir edirdi. Buna baxmayaraq mən ona heç bir zorakılıq etmədən aralaşıb getdim. Düşündüm ki, bəlkə bu iddiasından əl çəkər, məni bir daha narahat etməz. Lakin düşündüyümün əksinə İskəndər dəfələrlə zəng edərək məni narahat etməyə başladı”.Mənə kifayət qədər sms göndərirdi. Mən telefonu yandırandan sonra mesajları gördüm. Mesajlarda “sən deyəsən vəziyyətin ciddiliyini görmürsən və həmin ittihamları qəbul edirsən. Əgər elədisə mən 2-3 Yasamal uşağın götürüb gedib onunla söhbət edərəm”.

Rəşad həmin mesajları oxuyandan sonra silib və əmin olub ki, İskəndər onu şantaj edir. O, İskəndəri fikrindən daşındırmağa çalışıb:

“Noyabrın 8-dən 9-a keçən gecə Rəşad Dağlı növbəti dəfə Babək prospektində şadlıq saraylarının birindən çıxarkən İskəndərə zəng edir və onu bu söz-söhbəti yığışdırmağı bildirir. Lakin buna baxmayaraq İskəndər yenidən Rəşadı təhdid edir. Ona deyir ki, əgər özü könüllü formada bu məsələ ilə bağlı addım atmazsa, onu gecə saat neçədə olur-olsun gəlib düz evlərindən çıxardacaq. Nəticədə Rəşad məcburiyyət qarşısında qalıb İskəndərlə görüşmək qərarına gəlib.

Məni təhqir elədi, mən də onun təhqirlərinə cavab olaraq onu təhqir elədim. Mənim təhqirimdən sonra əlində bıçağı mənə tuşlayıb məni vurmaq istəyib. Almışam əlimə bıçağı mən vurmuşam onu. İskəndərin öldüyünü başa düşəndən sonra meyidini asfalt yolun kənarına atdım.

Hadisənin şokundan ayılandan sonra avtomobilimi aparıb ata evimin önündə saxlayıb daha sonra isə Yasamal Rayon Polis İdarəsinə könüllü yaxınlaşaraq törətdiyim əməli etiraf elədim”.

Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./Milli.az/

AzPost.az

Post navigation

Previous: Sənədsiz evlərə çıxarış verilə bilər-
Next: Azərbaycan-Türkmənistan arasında ticarət niyə cəmi 29 milyon dollardır?

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.