ABŞ və İran arasında anlaşma memorandumunun imzalanmasından sonra Hörmüz boğazında gəmiçilik fəaliyyətində artım başlanıb.
Azpost.info bildirir ki, bu barədə Britaniya Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat verib.
UKMTO-nun hesabatına görə, son 72 saat ərzində boğazdan gəmilərin hərəkəti bərpa olunmağa başlayıb. Agentlik həmçinin dəniz təhlükəsizliyi təhdidi səviyyəsini orta səviyyəyə endirərək qeyd edib ki, kiçik risklər qalsa da, müşahidə və təmizlik əməliyyatları davam edir.
ABŞ və İran arasında memorandum iyunun 17-də imzalanıb. Sənəddə Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılması nəzərdə tutulur. Mərasim əvvəlcə iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməsi planlaşdırılırdı, lakin müqavilə məsafədən imzalanıb.
İyunun 21-də Qətər və Pakistanın vasitəçiliyi ilə Bürgenştokda ABŞ və İran nümayəndələri arasında danışıqların ilk raundu keçirilib. Görüşdən sonra tərəflər dialoqun konstruktiv gedişi, əldə edilən irəliləyiş və gələcək texniki danışıqlar üçün əsasın yaradılması barədə məlumat veriblər.
Aydın