Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukrayna ilə danışıqları istənilən vaxt bərpa etməyə hazırıq –

User 23 İyun 2026 - 13:50 (Last updated: 23 İyun 2026 - 14:26)
lavrov

Rusiya Ukrayna ilə danışıqları bərpa etməyə hazırdır.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ətrafındakı vəziyyətə həsr olunmuş səfirlərin dəyirmi masasında çıxışı zamanı bildirib.

“Rusiya həmişə olduğu kimi, Kiyevlə danışmağa hazırdır. Biz Ukrayna tərəfi ilə danışıqları onların dayandığı nöqtədən istənilən vaxt bərpa etməyə hazırıq”, – Lavrov vurğulayıb.

Nazirin sözlərinə görə, Avropa ölkələri Ukrayna ilə bağlı bərabərhüquqlu danışıqlar imkanlarını rədd edir və Rusiyanın kapitulyasiyasına nail olmağa çalışır:

“Hazırda istənilən bərabərhüquqlu danışıqlar imkanı Brüssel bürokratları və onların Berlin, Paris və Londondakı tərəfdaşları tərəfindən rədd edilir. Onlar Rusiyanın kapitulyasiya etməsini və Ukraynanın ya NATO, ya da Avropa İttifaqı tərəfindən udulması ilə barışmasını istəyirlər”.

Lavrov qeyd edib ki, Avropa elitalarının siyasəti Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatın məqsədlərinə çatmasına mane olmayacaq: “Avropa elitalarının və onların Kiyevdəki tərəfdarlarının bütün cəhdlərinə baxmayaraq, xüsusi hərbi əməliyyatın bütün məqsəd və vəzifələri yerinə yetiriləcək”.

O, həmçinin Ukraynanın neytral, bloklara qoşulmayan və nüvəsiz statusunun təmin edilməsinin vacibliyini vurğulayıb: “Ukraynanın neytral, bloklara qoşulmayan və nüvəsiz statusu praktikada təmin edilməlidir. Məhz bu status onun Müstəqillik Bəyannaməsində təsbit olunub və Rusiya da daxil olmaqla bütün dövlətlər Ukraynanı məhz bu statusla tanıyıblar”.

AzPost.az

Post navigation

Previous: Diş ağrısını dərmansız necə sakitləşdirmək olar?
Next: Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

Oxşar xəbərlər

tramp
  • Dünya

Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”

User 05 Noyabr 2026 - 10:13
abs konqres
  • Dünya

ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord

User 05 Noyabr 2026 - 09:43
abs iran savas
  • Dünya

İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi?

User 05 Noyabr 2026 - 09:37

xƏBƏR

tramp
  • Dünya

Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”

User 05 Noyabr 2026 - 10:13
ABŞ prezident administrasiyası bəyanat yayaraq bildirib ki, demokratların Donald Trampın prezidentliyinin qarşıdakı iki ili ərzində onun planlarını...
Read more about Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”
5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir? burcler
  • Maraqlı

5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir?

User 05 Noyabr 2026 - 10:00
Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər pensiya02
  • Sosial

Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər

User 05 Noyabr 2026 - 09:52
ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord abs konqres
  • Dünya

ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord

User 05 Noyabr 2026 - 09:43
İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi? abs iran savas
  • Dünya

İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi?

User 05 Noyabr 2026 - 09:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.