“Təhsil nazirinin iddialarının arxasında fakt yoxdur” –Ekspert şərhi

Repetitorluq ləğv ediləcək
Repetitorluq ləğv ediləcək
“Təhsil naziri Emin Əmrullayevin mətbuata geniş müsahibəsində çoxsaylı iddialar var, amma arxasında fakt yoxdur“.
Azpost.info bildirir ki, bu barədə ekspert Rövşən Ağayev öz şərhində qeyd edib.
Onun sözlərinə görə, nazir son 10 ildə işə qəbul olunan müəllimlərin bilik səviyyəsinin mərkəzləşmiş imtahan sistemindən əvvəlki dövrdə işə götrülmüş həmkarlarından 15 dəfə yüksək olduğunu deyib, amma bu fərqin  necə üzə çıxdığını izah etməyib:  “Bu fərq necə üzə çıxarılıb? Sertifaktlaşdırmanın nəticəsinə əsaslanırmı? Əgər belədirsə, 2 nəslin orta balını deməklə iddianı faktla daha da gücləndirmək olardı”-deyə R. Ağayev vurğulayıb.
O deyib ki, nazir məktəblərin birləşməsindən əldə olunan fayda mənfi təsirlərindən daha çox olduğunu iddia edib, amma bunu ortaya çıxaran analizin nəticələri əsasında dəqiq faktlar səslənidrməyib.
“Nazir deyir ki, Təhsil Nazirilyi tədqiqat təşkilatı deyil, tənzimləyici siyasət qurumudur. Formal hüquqi baxımdan doğrudur, amma dünyada tənzimləyici qurumlar sübut əsaslı siyasət həyata keçirmək üçün məhz tədqiqatlara istinad edirlər. Söhbət heç akademik tədqiqatlardan da yox, policy araşdırmalardan gedir. Bunu özünün tədqiqat strukturları, ya da sifariş əsasında müstəqil tədqiqat mərkəzləri vasitəsilə də edə bilirlər”deyə ekspert yekunda vurğulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.