ABŞ ordusu Suriyada İŞİD-in yüksək rütbəli liderini öldürdü

Ötən həftə ABŞ ordusu Suriyanın şimal-qərbində hava hücumu həyata keçirərək İŞİD terror qruplaşmasının yüksək vəzifəli liderini öldürüb.

Azpost.info bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM)  X sosial media platformasınd paylaşım edərək bu barədə məlumat verib.

CENTCOM-un məlumatına görə, zərbə 19 iyunda baş verib və nəticədə Əli Hüseyn əl-Uleyvinin ölümü ilə nəticələnib.

Bəyanatda qeyd olunub ki, əməliyyat ABŞ-ın xaricdə və ya ABŞ daxilində amerikalılara hücum etmək istəyən terrorçuları dağıtmaq və məğlub etmək səylərinin bir hissəsidir.

CENTCOM komandanı admiral Bred Kuper ABŞ qüvvələrinin regional tərəfdaşlarla işləməyə davam etdiyini vurğulayıb. “CENTCOM və tərəfdaşlarımız İŞİD-in davamlı məğlubiyyətini təmin etmək üçün onun qalan elementlərini məhv etməyə sadiqdirlər”, – deyə o bildirib.

O, əlavə edib ki, ABŞ öz ərazisini, hərbçilərini və bölgədəki müttəfiqlərini müdafiə etməyə davam etmək niyyətindədir.

Əməliyyat fonunda İŞİD-in Suriyadakı fəaliyyətini gücləndirdiyi və Prezident Əhməd əl-Şaraa hökumətinə qarşı yeni əməliyyatlar mərhələsi elan etdiyi bildirilir. Fevral ayından bəri qrup bir sıra hücumlar həyata keçirib və şənbə günü Hələb əyalətinin Mənbic şəhəri yaxınlığında baş verən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İŞİD ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın və yerli qüvvələrin əməliyyatları nəticəsində Suriyadan qovulsa da hərbi rəsmilər ayrı-ayrı qrupların bölgədə aktiv qaldığını təxmin edirlər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.