NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib

NATO Baş katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton Azərbaycana səfər edib.

Bu barədə diplomatik mənbə  “Report”a məlumat verib.

Mənbənin məlumatına görə, Hamilton artıq Bakıda görüşlər keçirməyə başlayıb. Xüsusilə, o, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Azərbaycanın ekspert icması ilə görüşüb.

Bu, Hamiltonun Alyansın region üzrə xüsusi nümayəndəsi kimi Azərbaycana ilk səfəridir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.