Qəbələ rayonunun tarixi-mədəni irs nümunələri üzrə çəkilişlər tamamlanıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Tarix sahəsində Maarifləndirməyə Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Rəqəmsal Mədəni İrs: QR Bələdçi Şəbəkəsinin Yaradılması” layihəsi çərçivəsində Qəbələ rayonunda yerləşən bir sıra tarix və memarlıq abidələrinin video çəkilişləri uğurla başa çatdırılıb.

Layihə çərçivəsində Qəbələ Cümə məscidi, Şeyx Məhəmməd türbəsi, Şeyx Mənsur türbəsi və Şeyx Bədrəddin türbəsində yüksək keyfiyyətli video çəkilişlər həyata keçirilib, abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə məlumatlar toplanıb.

Toplanan materiallar əsasında hazırlanacaq çoxdilli video məzmunlar QR kod sistemi vasitəsilə ictimaiyyətə təqdim ediləcək və istifadəçilər abidələr haqqında məlumatları mobil cihazlar üzərindən əldə edə biləcəklər.

Layihənin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsinin rəqəmsal texnologiyalar vasitəsilə geniş auditoriyaya çatdırılması və tarixi abidələrin tanıdılmasına töhfə verməkdir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.