“Rəqəmsal Mədəni İrs: QR Bələdçi Şəbəkəsinin Yaradılması” layihəsi çərçivəsində maarifləndirici tədbir baş tutub​

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin təşkilati dəstəyi ilə ilə Tarix sahəsində Maarifləndirməyə Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Rəqəmal Mədəni İrs: QR Bələdçi Şəbəkəsinin Yaradılması” layihəsi çərçivəsində Qəbələ Mədəniyyət Evində muzey tarixçiləri və mədəniyyət işçilərinin iştirakı ilə maarifləndirici tədbir baş tutub.

Layihə İsmayıllı və Qəbələ rayonlarında yerləşən tarix və mədəniyyət abidələri haqqında məlumatların QR kodlu məlumat lövhələri vasitəsilə rəqəmsal ormada təqdim edilməsini, bu yolla da mədəni irsin təbliğini və əlçatanlığını artırmağı hədəfləyir.

Tədbir layihənin təqdimatı, fikir mübadiləsi və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi ilə yekunlaşıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.