“Rəqəmsal Mədəni İrs: QR Bələdçi Şəbəkəsinin Yaradılması” layihəsi çərçivəsində hazırlanmış QR kod lövhələri təqdim edilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Tarix sahəsində Maarifləndirməyə Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Rəqəmal Mədəni İrs: QR Bələdçi Şəbəkəsinin Yaradılması” layihəsi çərçivəsində hazırlanmış QR kod məlumat lövhələrinin istehsalı prosesi uğurla başa çatdırılıb. 

Layihə çərçivəsində Bakı şəhəri, Qəbələ və İsmayıllı rayonlarında yerləşən tarixi-mədəni irs nümunələri üçün xüsusi QR kod lövhələri hazırlanıb. Lövhələrdə yerləşdirilən QR kodlar vasitəsilə istifadəçilər mobil cihazları ilə birbaşa olaraq müvafiq abidələr haqqında hazırlanmış çoxdilli videomateriallara və məlumat resurslarına çıxış əldə edə biləcəklər.

Hazırlanmış lövhələr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı və Qəbələ Regional idarələrinə təqdim olunub.

Təhvilvermə prosesi çərçivəsində layihə məhsulları rəsmi qaydada aidiyyəti abidələr üzrə yerləşdirilib. QR kod lövhələri  sayəsində vətəndaşların və turistlərin tarixi-mədəni irs obyektləri haqqında müasir və əlçatan formada məlumat əldə etmələri, eyni zamanda Azərbaycanın zəngin mədəni irsinin rəqəmsal texnologiyalar vasitəsilə daha geniş auditoriyaya təqdim olunması təmin ediləcəkdir.

Layihə ölkəmizin tarixi-mədəni irsinin qorunması, təbliği və rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslərə töhfə verməyi hədəfləyir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.