“Rəqəmsal Mədəni İrs: QR Bələdçi Şəbəkəsinin Yaradılması” layihəsi çərçivəsində maarifləndirici tədbir baş tutub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Tarix sahəsində Maarifləndirməyə Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Rəqəmal Mədəni İrs: QR Bələdçi Şəbəkəsinin Yaradılması” layihəsi çərçivəsində Sabunçu Gənclər Evində “Tarixi abidələrin təbliği və turizmin inkişafında əhəmiyyəti” mövzusunda tədbir keçirilib. 

Tədbirdə Azərbaycanın tarixi-mədəni irs obyektlərinin ölkənin turizm potensialının formalaşmasında mühüm rol oynadığı qeyd olunub. Bildirilib ki, tarixi abidələrin tanıdılması həm milli mədəniyyətin təbliğinə, həm də regionlara turist axınının artmasına töhfə verir.

Müasir informasiya texnologiyalarının və rəqəmsal platformaların turizm marşrutlarının təşviqində yaratdığı imkanlardan bəhs olunub. Eyni zamanda, QR kod sistemlərinin turistlərin məlumat əldə etməsini asanlaşdırdığı vurğulanıb.

Tədbirin sonunda iştirakçılarla açıq müzakirələr aparılıb, gənclərin mədəni irsin təbliğinə və qorunmasına cəlb olunmasının vacibliyi qeyd edilib. Tədbir iştirakçıların böyük marağı, fəal iştirakı ilə başa çatıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.