Yay mövsümündə istirahət etmək istəyənlərin ən çox düşündüyü məsələlərdən biri büdcədir. Son illər hotellərin və xidmətlərin qiymətləri artsa da, Azərbaycanda münasib xərclə dincəlmək mümkün olan bölgələr hələ də var.
Turizm üzrə mütəxəssislər bildirirlər ki, əvvəlcədən planlaşdırma, erkən rezervasiya və ailə tipli qonaq evlərinin seçilməsi istirahət xərclərini əhəmiyyətli dərəcədə azalda bilər. Bölgələrdə yerləşən qonaq evləri və kiçik hotellər iri kurortlarla müqayisədə daha sərfəli qiymətlər təklif edir.
Quba
Quba yay aylarında sərin iqlimi, meşələri və dağ mənzərələri ilə seçilir. Qəçrəş meşəsi, Afurca şəlaləsi və Xınalıq istiqamətindəki marşrutlar yerli turistlərin ən çox üz tutduğu məkanlardandır.
Bölgədə müxtəlif qiymət kateqoriyalarında qonaq evləri fəaliyyət göstərir və erkən rezervasiya edənlər daha sərfəli seçimlər tapa bilirlər.

Qubada ən sərfəli qonaq evləri – Büdcənizə uyğun qalmaq üçün seçimlər
Guest house- Qonaq evi -Dom qostey – Şəhər mərkəzinə yaxın yerləşən sadə və büdcəyə uyğun qonaq evi. Ailəvi qalmaq istəyənlər üçün münasib seçim ola bilər.
Hostel Elvin – Tək səyahət edənlər və gənclər arasında populyardır. Qiymətləri münasibdir və şəhər daxilində yerləşməsi üstünlük hesab olunur.
EuroHotel – Büdcə seqmentində xidmət göstərən, qısa müddətli istirahət üçün uyğun variantlardan biridir.
Cardinal Hotel Quba – Qonaq evindən bir qədər komfortlu seçim axtaranlar üçün münasib qiymətə otaqlar təklif edir.
Parviz Guest House – Xınalıq kəndində qalmaq istəyənlər üçün yerli ailə tərəfindən idarə olunan qonaq evidir.
Xınalıq Khinalig ELNUR GUEST HOUSE – Xınalıqda qalmaq istəyən turistlər arasında yüksək qiymətləndirilən qonaq evlərindən biridir.
Alma Bağı Hotel and Villas – Tam büdcə seqmentində olmasa da, erkən rezervasiya zamanı münasib qiymətlər tapmaq mümkündür.
Turistlərə bu məsləhətləri də tövsiyə edirik:
İyul-avqust aylarında rezervasiyanı ən azı 1-2 həftə əvvəl edin.
Qiymətləri bir neçə bron platformasında müqayisə edin.
Səhər yeməyinin qiymətə daxil olub-olmadığını əvvəlcədən dəqiqləşdirin.
Xınalıq istiqamətində qalacaqsınızsa, yol şəraitini və nəqliyyat imkanlarını əvvəlcədən öyrənin.
Ailəvi səfərlər üçün qonaq evləri çox vaxt hotellərdən daha sərfəli olur