Rusiya və Ukrayna münaqişəni bitirmək istəyir –Tramp

Rusiya və Ukrayna aralarındakı münaqişəni başa çatdırmaq istəyir.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib.

 

“Düşünürəm ki, biz insanların düşündüyündən daha çox buna yaxınlaşmışıq. Putin bunun başa çatmasını istəyir. Bunu qətiyyətlə deyə bilərəm. Bizim yaxşı telefon danışığımız oldu. Zelenski də indi həqiqətən bunun bitməsini istəyir. Biz NATO sammitinə gedəcəyik və bu məsələni orada müzakirə edəcəyik. Düşünürəm ki, buna son qoya biləcəyik”, – Tramp bildirib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.