“Sabah”TNS-ə qalib gəldi –UEFA Çempionlar Liqası

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyun başa çatıb.

“Bank Respublika Arena”da oynanılan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Velko Simiç və Kahim Parris vurublar.

“Sabah”ın heyətində 90+2-ci dəqiqədə Stiv Solvet meydandan qovulub.

Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.