ABŞ Tehran-Məşhəd dəmir yolu xəttini vurdu –qatarların hərəkəti dayandırılıb

Bu gün səhər ABŞ-ın Tehran-Məşhəd dəmir yolu xəttinin bir hissəsinə endirdiyi zərbə nəticəsində Tehran-Məşhəd istiqamətində qatarların hərəkəti dayandırılıb.

Azpost.info APA-ya istinadən bildirir ki , bu barədə İran İslam Respublikası Dəmir Yolları məlumat yayıb.

Bildirilib ki, texniki və əməliyyat qrupları dərhal hadisə yerinə göndərilib və zərər görmüş hissənin bərpası istiqamətində işlərə başlanılıb.

Xəttin qısa müddətdə istifadəyə verilməsi üçün tədbirlər görülür.

Hərəkəti dayandırılmış qatarların sərnişinlərinin Məşhəd şəhərinə daşınması üçün avtomobil nəqliyyatı vasitəsilə alternativ marşrut təşkil edilib.

Qeyd edək ki, ABŞ ötən gecə və bu gün İranın bir sıra bölgələrinə zərbə endirib, nəticədə insan tələfatı və maddi ziyan qeydə alınıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.