“Bakı İctimai Əməkdaşlıq Mərkəzi” Xətai bələdiyyəsində tədbir keçirib

“Bakı İctimai Əməkdaşlıq Mərkəzi” ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsininin dördüncü tədbiri Xətai rayon Xətai Bələdiyyəsinin təşkilati dəstəyilə 8 iyul 2026-cı il tarixində Xətai Bələdiyyəsinin iclas zalında həyata keçirilib.

Bələdiyyəsinin hüquqşünası cənab Rövşən Məmmədov tədbiri açaraq qonaqları və iştirakçıları salamlayıb. Ulu öndər Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bundan sonra cənab Rövşən Məmmədov layihənin əsas məqsədinin dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi sahəsində maarifləndirmə işlərinin aparılması olduğunu qeyd edərək sözü Rauf Zeyniyə təqdim edib.

Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq bu layihəyə maliyyə dəstəyi ayırdığına görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsinə təşkilati dəstək verdiyinə görə Xətai Bələdiyyəsinin sədri cənab Elşad Vəliyevə minnətdarlığını bildirib.

Daha sonra Rauf Zeyni slayd təqdimatı iştirakçıların diqqətinə çatdırıb və “Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsininin bu gün ictimai əhəmiyyətini və mahiyyətini qeyd edib, slayd təqdimat çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ictimai nəzarətlə bağlı bəzi çıxışlarının videoları təqdim olunub və iştirakçılar təfindən böyük maraqla qarşılanıb.

Daha sonra Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri cənab İlqar Hüseynli bələdiyyələrin gücləndirilməsi, vətəndaş cəmiyyətilə, Milli Məclislə və digər qurumlarla əməkdaşlığın artırılması, qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən konstitusiyada müvafiq əlavə və dəyişikliklərin edilməsinin vacibliyi və digər məsələlər haqqında dəyərli fikirlərini bildirib.

Bundan sonra Xətai Bələdiyyəsinin sədr müavini cənab Əliyar Əliyev, bələdiyyə üzvü cənab Şahmar Əsədov, Əbdürəhim bəy Haqverdiyev Mərkəzinin direktoru cənab Eldar Məlik Abbas çıxış edərək mövcud problemlərdən danışıblar və belə tədbirlərin vacib və əhəmiyyətli olduğunu vurğulayıblar, xüsusilə bələdiyyələrlə birgə tədbirlərin il ərzində keçirilməsini dəstəklədiklərini qeyd edərək, şəffaflığın və ictimai nəzarətin artırılmasının, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin, məmur özbaşınalığı, vətəndaş məmnunluğu, islahatların effektivliyinin artırılması, narkomaniyaya qarşı mübarizə, ictimai iştirakçılığın və ictimai müzakirənin əhəmiyyətindən danışaraq öz dəyərli fikir və təkliflərini bildiriblər.

Sonda Bakı İctimai Əməkdaşlıq Mərkəzinin təşəkkürnamə plaketi Rauf Zeyni tərəfindən cənab Şahmar Əsədova təqdim edilib.

“Bakı İctimai Əməkdaşlıq Mərkəzinin layihə çərçivəsində daha üç rayonun bələdiyyəsilə müvafiq tədbirləri iyul ayının birinci yarısında həyata keçiriləcək.

Fotolar

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.