Antibiotik qəbul edərkən bu səhvləri etməyin– Müalicə təsirsiz qala bilər

Antibiotiklər bakterial infeksiyaların müalicəsində ən təsirli dərmanlar hesab olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu preparatlardan düzgün istifadə edilmədikdə həm müalicənin effekti azalır, həm də antibiotiklərə davamlı bakteriyalar yaranır.

Ən çox edilən səhvlər hansıdır?

Həkim məsləhəti olmadan antibiotik qəbul etmək;

Özünü yaxşı hiss edən kimi müalicəni yarımçıq dayandırmaq;

Virus infeksiyalarında (qrip, soyuqdəymə) antibiotikdən istifadə etmək;

Başqasına təyin olunmuş dərmanları qəbul etmək.

Antibiotiklə birlikdə nələrə diqqət edilməlidir?

Həkimlər dərmanı təyin olunan saatlarda qəbul etməyi, bol maye içməyi və bəzi antibiotiklərin süd məhsulları ilə birlikdə qəbul edilməməsinə diqqət yetirməyi tövsiyə edirlər.

Müalicə dövründə bağırsaq mikroflorasını qorumaq üçün həkim məsləhəti ilə probiotiklərdən istifadə də faydalı ola bilər.

Antibiotiklər yalnız düzgün istifadə edildikdə fayda verir. Onların nəzarətsiz qəbulu gələcəkdə müalicəsi daha çətin olan infeksiyaların yaranmasına səbəb ola bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.